Azərbaycanda faciə – Kişi beşinci arvadını və körpəsini öldürdübackend

Azərbaycanda faciə – Kişi beşinci arvadını və körpəsini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə ötən ilin iyun ayında rayonun Şahvələdli kəndində həyat yoldaşı və 20 günlük körpəsini öldürən, 1979-cu il təvəllüdlü Rafiq Əliş oğlu Ələkbərovun məhkəməsi keçirilib.

O, prosesdə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub. Təqsirli bilinən R.Ələkbərova 20 il həbs cəzası verilib.

Qeyd edək ki, R.Ələkbərov beşinci həyat yoldaşı olan, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı çomaqla döyərək onu qətlə yetirib. Hadisə zamanı qadının qucağında saxladığı 20 günlük körpəsi də çomaq zərbələri alaraq ölüb. Ələkbərov qadının və körpə uşağının öldüyünü bikdikdən sonra hadisə yerindən qaçaraq istintaqdan yayınmağa çalışıb.

İnterpress.az