Nazirlik bu müəllimlərin sayını açıqladı - Onların taleyini nə gözləyir? » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Nazirlik bu müəllimlərin sayını açıqladı - Onların taleyini nə gözləyir?

Təhsil Nazirliyi yerdəyişmə üçün müraciət edən müəllimlərin sayını açıqlayıb.

Dərc edilib: 12 iyun 2018 [13:12]
Baxış sayı: 75638

“Müəllimlərin yerdəyişməsi ilə bağlı sənəd qəbulu dünəndən etibarən başa çatıb. Müraciətlər zamanı 5857 nəfər iş yerinin dəyişdirilməsi üçün elektron ərizələrini təsdiq edib. Hazırda onların ərizələrinə baxılır”.

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, yerdəyişmə zamanı yalnız rayon və şəhərdaxili deyil, eləcə də bir rayondan və ya şəhərdən digərinə də yerdəyişmə həyata keçirilir: “Müraciət edənlər arasında respublikanın bütün rayon və şəhərlərin məktəblərində çalışan müəllimlər var. Müəllimlərin yerdəyişməsinin səbəbləri də müxtəlifdir”.

M.Camalzadə bildirib ki, Təhsil Nazirliyi tərəfindən yerdəyişmə ilə bağlı hər hansı limit qoyulmayıb: “Təbii ki, müraciət edən müəllimlərin hamısının iş yerini dəyişmək mümkün olmayacaq. Çünki əksər hallarda bəzən eyni yeri daha çox insanlar seçir. Aydındır ki, bir yerə də yalnız bir namizəd seçilə bilər. Müraciətlər arasında daha çox ibtidai sinif, fiziki tərbiyə, ingilis dili, riyaziyyat müəllimləri yer alıb. 5628 vakansiya elan edilib. Bu da kifayət qədər böyük rəqəmdir. Bunun da 10 faizi, yəni 511 yer Bakının payına düşür”.

O qeyd edib ki, iyunun 14-nə qədər yerləşdirilmə prosesinin başa çatdırılması planlaşdırılır: “Proses başa çatdıqdan sonra namizədlərin şəxsi səhifələrinə məlumatlar göndəriləcək. Təbii ki, yeni tədris ilinə qədər bütün işlər yekunlaşdırılacaq”.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 43