Leyla Əliyevanın adından Moskvada iftar verilib – FOTOLARbackend

Leyla Əliyevanın adından Moskvada iftar verilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iftar süfrəsi Moskva Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə baş tutub.

Fondun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova vurğulayıb ki, hər il olduğu kimi bu il də Leyla Əliyevanın təşəbbüsü ilə \”Poklonnaya qora\” adlanan ərazidə qurulan Ramazan çadırında \”Azərbaycan Günü\” keçirilib: “Ramazan çadırı Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və islam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədilə həyata keçirilən vacib layihədir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə aktiv iştirak edir, inanclı insanlar üçün iftar süfrəsi açır\”.

İftar mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev bildirib ki, ötən il Azərbaycanda \”İslam həmrəyliyi ili\”nin qeyd olunub: \”İslam həmrəyliyi ili çərçivəsində Bakıda və digər şəhərlərdə, o cümlədən Sankt-Peterburqda konfranslar və görüşlər keçirilib. Bu tədbirlərdə müsəlman xadimləri ilə yanaşı, pravoslav kilsəsinin nümayəndələri də iştirak ediblər”.

Tədbirdə \”Əhli-Beyt\” dini təşkilatının sədri Nizami Baloğlanov, Moskva Dövlət Universitetinin tələbəsi Ələkbər Qasımov və digərləri də çıxış ediblər.

Daha sonra Moskva müsəlmanları iftar açıblar.

Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

İnterpress.az

Leyla Əliyevanın adından Moskvada iftar verilib - FOTOLAR

Leyla Əliyevanın adından Moskvada iftar verilib - FOTOLAR

Leyla Əliyevanın adından Moskvada iftar verilib - FOTOLAR

Leyla Əliyevanın adından Moskvada iftar verilib - FOTOLAR

Leyla Əliyevanın adından Moskvada iftar verilib - FOTOLAR

Leyla Əliyevanın adından Moskvada iftar verilib - FOTOLAR