Bunlar ağırlıq qaldıran yetişdirəcəklər? – Aqil Abbas yenə əsəbləşdibackend

Bunlar ağırlıq qaldıran yetişdirəcəklər? – Aqil Abbas yenə əsəbləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaqları belə yükləmək olmaz. Birinci sinifə gedən uşağın çantasının ağırlığı 6-8 kiloqramdır. Bunlar ağırlıq qaldıran yetişdirəcəklər?”.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, şagirdlər süründürülür: \”Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Tədris iyunun 15-də başa çatır\”.

Deputat dərs ilinin iyunun 15-nə qədər davam etməsinə etiraz edib:

“Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır”.

İnterpress.az