2 rayonda qaz olmayacaqbackend

2 rayonda qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə diametri 530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, daşıyıcı qaz xəttinin kipliyə sınaq olunması və daşıyıcı xətt üzərində quraşdırılmış diametri 200 mm-lik siyirtmənin təmiri ilə əlaqədar, 13 iyun 2018-ci il tarixdə saat 09.00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və “Motodrom” adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Xətai və Yasamal rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

İnterpress.az