Müxbir onu söyən generalı məhkəməyə verirbackend

Müxbir onu söyən generalı məhkəməyə verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyev “Bizim yol” qəzetinin əməkdaşı Əli Vəliyevi (Cahangiroğlu) ağır söyüşlərlə təhqir edib. Belə ki, müxbir ona telefon açaraq, bu günlərdə Göyçayda baş vermiş körpü uçması hadisəsinin baiskarlarından biri kimi onun qardaşının həbs olunması məsələsinə dair açıqlama almaq istəyib. General isə dərhal ağır söyüşlər söyməyə başlayıb.

Bu hal ilk dəfə baş vermir. Bundan əvvəl də həmkarlarımız iş başında müxtəlif vəzifəli, rütbəli şəxslər tərəfindən ağır təhqirlərə məruz qalıb.

Polis general-mayoru Ərziman Əliyevin təhqir etdiyi Əli Vəliyev onu məhkəməyə verməyə hazırlaşır. O, Ə.Əliyevin üzrünü qəbul etməyəcəyini deyir: “Bu hadisədən sonra heç bir üzrxahlıq olmayıb. Ərziman Əliyev mənə zəng etməyib. Bununla bağlı vəkilim Tahir Əlirzayevlə də danışmışam. Bu istiqamətdə bütün hüquqi addımları atacağıq. Zəng edib üzr istəsə belə bu onu məsuliyyətdən azad etmir. Jurnalisti iş başında belə ağır formada təhqir etmək cinayətdir. Necə olur, jurnalisti söyürsən, sonra üzr istəyirsən? Belə şey ömründə ola bilməz. O, təqaüddə olsa belə, general-mayor rütbəsi daşıyır. Üzr istəsə də qəbul etməyəcəyəm. Rütbəsindən imtina edərək məndən üzr istəməlidir. Audioyazıda da dinləmisiniz, səs yazısının əvvəli də odur, sonu da. Mən ona tam etik normalar daxilində müraciət edirəm ki, başqa sayt bu haqda xəbər yazıb, amma sizin mövqeyinizi qoymamışdı. Əslində o, sevinməli idi ki, zəng vurub, həbs edilən şəxsin həqiqətən onun qardaşı olub-olmamağını öyrənirəm. Bu, ona qarşı qarayaxma kampaniyası da ola bilərdi. O da ya ”hə\” deyə bilərdi, ya da “yox”. Yaxud bu haqda açıqlama vermək istəmədiyini də deyə bilərdi. 10 illik jurnalist fəaliyyətimdə hələ belə təhqir eşitməmişdim. İlk dəfədir ki, belə bir şey eşidirəm və çox üzgünəm. Bir neçə il əvvəl də ona zəng etmişdim. Bir nəfər xarici vətəndaş vardı, onun pasport məsələsi ilə bağlı. Pasportunda səhvə yol vermişdilər. O zamanlar da çox kobud rəftar eləmişdi\”.

Məsələyə Mətbuat Şurasının sədri Əflatun Amaşov da reaksiya verib. Ə. Amaşov fikrini sosial şəbəkə vasitəsilə çatdırıb. O bildirib ki, vəzifə səlahiyyətlərini yerinə yetirən jurnalistin təhqirə, aşağılayıcı rəftara məruz qalması yolverilməzdir: “Buna görə də ”Bizim yol\” qəzetinin əməkdaşı Əli Cahangiroğlunun üzləşdiyi durumdan dərin təəssüf hissi keçirirəm. Hesab edirəm ki, bu təəssüf hissini bütövlükdə media ictimaiyyəti qəzəbli və hiddətli şəkildə yaşamaqda tam haqlıdır.

Müxbir onu söyən generalı məhkəməyə verir

Biz hər zaman vəzifə sahiblərinin, dövlət məmurlarının, daşıdığı missiya ictimai əhəmiyyət kəsb edən hər kəsin media ilə davranışının korrekt olmasını yalnız etik baxımından əsaslandırmır, eyni zamanda demokratik cəmiyyət quruculuğunun vacib şərti kimi izah edirik. Əlbəttə, demək olmaz ki, jurnalistlər də öz işlərinin öhdəsindən tam peşəkarlıqla gəlirlər. Mövcud sahədə kifayət qədər problemlər var. Ancaq “Bizim yol” qəzeti əməkdaşının üzləşdiyi durum fərqli müstəvidə dəyərləndiriləcək, hansısa səbəb axtarılacaq məsələ deyil. Ortada jurnalistin ünvanladığı konkret sual və qarşı tərəfin heç bir əndazəyə sığmayan, yaraşmaz reaksiyası var\”.

Mətbuat Şurasının sədri hesab edir ki, yüksək dövlət vəzifələri daşımış şəxsin işlətdiyi nalayiq söz bütövlükdə cəmiyyət üçün sarsıntıdır: “Düşünürəm ki, Ərzuman Əliyev də məsələnin fərqində olmalı, nəticə çıxarmalıdır”.

Maraqlıdır, təhqirlə qarşılaşan jurnalist necə reaksiya verməlidir?

Müxbir onu söyən generalı məhkəməyə verir

Media eksperti Arif Əliyevin sözlərinə görə, jurnalist iş başında olduğunu unutmamalı, istənilən halda adekvat cavab verməlidir: “Jurnalistin etik kodeksində belə hal konkret olaraq nəzərdə tutulmur. Çünki etik prinsiplər fundamental prinsiplərdir. Bu anda jurnalist nə istəsəniz edə bilər, bircə qarşılıqlı kobudluq edə bilməz. Bu cür təhqir formasına görə qanun çərçivəsində cavab verməlidir. Kobudluğa kobudluqla cavab vermək çıxış yolu deyil. Jurnalist də kobud cavab verərsə, həm ictimai qınağa məruz qalacaq, həm də öz hüququnu qorumaq üçün digər haqlardan məhrum olacaq. Bu halda bəlkə təşəkkür etmək daha böyük söyüş olardı. İctimai qınaq yaratmaq və o şəxsin sonradan özünə baxıb utanmaq şansı vermək üçün yazılmış səs mütləq ictimaiyyətə çatdırılmalıdır. Bu cür təhqirlər hüquqi məsuliyyət yaradır. Başqalarının da belə davranışlara yol verməməsi üçün o şəxs məhz söyüşə görə məsuliyyət daşımağa məcbur edilməlidir”. (musavat)

İnterpress.az