Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Qəbələ" Avropa Liqası hazırlıqlarına start verib

“Qəbələ” futbol komandası 2018/2019-cu illər mövsümünün hazırlıqlarına start verib.

Dərc edilib: 13 iyun 2018 [11:00]
Baxış sayı: 6289

İnterpress.az xəbər verir ki, qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” bu gün Qəbələdə bir araya gəlib.

Komanda ilk məşqini doğma stadionda gerçəkləşdirib. Öncə fitnes zalında fiziki hazırlıq keçən futbolçular, ardınca meydanda toplu çalışmaları yerinə yetirib.

Baş məşqi Sənan Qurbanovun rəhbərliyi ilə keçən məşq prosesində “Kəpəz”də icarə müddəti başa çatan Roman Hüseynov da iştirak edib. “Sumqayıt”dan qayıdan Bəhlul Mustafazadə, həmçinin U-21-in düşərgəsindən dönən digər futbolçular hazırlıq prosesinə iyunun 14-də qoşulacaq. Onlar kimi əsas millinin üzvləri də bugünkü hazırlıq prosesinə qatılmayıblar.

İyunun 18-dək Qəbələdə hazırlıq keçəcək “qırmızı-qaralar” ayın 20-də Sloveniyaya təlim-məşq toplanışına yollanacaqlar. (report)

İnterpress.az






Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 50