Evində yandırılaraq qətlə yetirilən ər və arvadın oğlu FƏRYAD ETDİ – FOTObackend

Evində yandırılaraq qətlə yetirilən ər və arvadın oğlu FƏRYAD ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evində amansızcasına qətlə yetirilən Tovuz rayon sakinləri Fərman Məmmədov və onun həyat yoldaşı Pakizə Mirzəyevaya məxsus zinət əşyaları Prokurorluq əməkdaşları tərəfindən geri qaytarılmır.

Bu barədə İnterpress.az-a açıqlamasında onların oğlu Qoca Məmmədovməlumat verib. O bildirib ki, bu ilin əvvəlində valideynləri Tovuz rayonunda yaşadığı evlərində naməlum şəxslər tərəfindən qətlə yetirilib. Amma buna baxmayaraq, qətli törətməkdə şübhəli bilinənlər hələ də azadlıqdadır. Q.Məmmədovun sözlərinə görə, prokurorluq əməkdaşları mərhum valideynlərinə məxsus əşyaları və sənədləri maddi sübut kimi götürərək qeri qaytarmaq istəmirlər: “Əvvəl işə Tovuz Rayon Prokurorluğu baxırdı. Sonra isə iş araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildi. Baş Prokurorluğun cinayət işini araşdıran əməkdaşı Qurban Səfərov ekspertiza və digər əməliyyat tədbirlərinin həyata keçirilməsi işini ləngidir. Bununla yanaşı, o, valideynlərimdən miras qalmış 100 min manat dəyərində zinət əşyalarını, vəsiyyətnamə və digər sənədlər, anama məxsus xəz palto, BMW-X5 markalı avtomobilə məxsus 90-EP-777 dövlət nömrə nişanı və qeydiyyat vəsiqəsini də maddi sübut kimi götürüb, lakin bu günə kimi istəsək də geri qaytarmır. İstintaq qrupunun rəhbəri olan Qurban Səfərovdan dəfələrlə qiymətli əşyaların qaytarılmasını tələb etsək də “gedin generala deyin, sonra qaytarım” cavabını verir”.

Evində yandırılaraq qətlə yetirilən ər və arvadın oğlu FƏRYAD ETDİ - FOTOQ.Məmmədov bildirib ki, sözügedən zinət əşyaları valideynlərindən əmanət olduğu üçün onların geri qaytarılmasını tələb edir. Onun sözlərinə görə, cinayət işi yeni başlayan zaman həmin əşyalar Tovuz Rayon Prokurorluğu tərəfindən maddi sübut kimi götürülsə də sonradan geri qaytarılıb. Amma cinayət işi Baş Prokurorluq tərəfindən araşdırmalara başlayandan sonra sözügedən əşyalar bu dəfə Baş Prokurorluq tərəfindən götürülüb.

Onun sözlərinə görə, prokurluq əməkdaşı valideynlərini qətlə yetirən cinayətkarların tapılması işini ləngidir. Bununla yanaşı, əşyaları da geri qaytarmaq istəmir.

Qeyd edək ki, Fərman Məmmədov və Pakizə Mirzəyeva 2018-ci ilin fevralın 24-də yaşadıqları Tovuz rayonu M.Musayev küçəsi, ev 34-də bir qrup cinayətkar tərəfindən qətlə yetirilib və amansızcasına yandırılıb. Tovuz Rayon Prokurorluğunda ər və arvadının qətlə yetirilməsi hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi açılıb. Tovuz şəhərində yerləşən 7 otaqlı mənzildə 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın naməlum şəraitdə qətlə yetirilməsi və meyitlərinin yandırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə iş başlanılıb. Sonra iş araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Xatırladaq ki, qətlə yetirilənlər AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısı və bacısının əridir. Bu qətldən bir neçə gün əvvəl mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev Sabirabadda avtomobil qəzasında dünyasını dəyişmişdi. Ötən ilin yayında isə qardaşı oğlu Orxan Mirzəyev də Hacıqabulda avtomobil qəzasının qurbanı olub.

İnterpress.az

Evində yandırılaraq qətlə yetirilən ər və arvadın oğlu FƏRYAD ETDİ - FOTO

Evində yandırılaraq qətlə yetirilən ər və arvadın oğlu FƏRYAD ETDİ - FOTO