Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Azərbaycan millisinin sabiq baş məşqçisi İtaliya çempionu olub

Futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun sabiq baş məşqçisi Tino Perez İtaliya çempionu olub.

Dərc edilib: 13 iyun 2018 [12:01]
Baxış sayı: 7445

49 yaşlı mütəxəssis bu nailiyyəti “Acqua e Sapone” komandası ilə əldə edib. Onun komandası pley-off seriyasında “Luparense”ni qabaqlayıb.

Bununla da Çempionlar Liqasında iştirak edəcək 54-cü komandanın adı dəqiqləşib.

Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 5 ölkəni - Türkiyə, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.

Perez 2014-cü ilin avqustundan 2016-cı ilin mayınadək Azərbaycan millisinin və “Araz”ın baş məşqçisi olub. Onun rəhbərliyi altında "Araz" ölkə çempionu olub, yığma isə dünya çempionatının final mərhələsində 1/4 finaladək irəliləyib.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanı Araz" təmsil edəcək. Naxçıvan klubu mübarizəyə əsas mərhələdən başlayacaq. Buna qədər avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ 2 - 7 oktyabrda, elit raund 13 - 18 noyabrda təşkil ediləcək. “Dördlər finalı” 25 - 27 aprel və ya 26 - 28 aprel 2019-cu ildə təşkil olunacaq. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər, bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidir. İyulun 5-də ilkin və əsas, oktyabrın 14-də elit mərhələnin püşkü atılacaq. “Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək. (report)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 136