Cəlilabadda gənc müəllim ağır yol qəzasına düşdü - 2 nəfər xəsarət aldı » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Cəlilabadda gənc müəllim ağır yol qəzasına düşdü - 2 nəfər xəsarət aldı

Cəlilabad rayonunda məktəbə gedən gənc müəllim idarə etdiyi avtomobili ilə qəza törədib.

Dərc edilib: 13 iyun 2018 [12:34]
Baxış sayı: 18201

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Təklə kəndində qeydə alınıb. Belə ki, rayonun Babalı kənd sakini 1993-cü il təvəllüdlü Taleh Novruzov idarə etdiyi VAZ 21 06 markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib və Cəlilabad şəhər sakini 1957-ci il təvəllüdlü Bəylər Xuduşovun idarə etdiyi VAZ 21 07 markalı minik avtomobili ilə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə Cəlilabad şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya səbəb kimi yüksək sürət göstərilir.

Qeyd edək ki, T.Novruzov rayonun Məmmədcanlı kənd tam orta məktəbinin kimya müəllimidir. O, bu gün orta məktəbə gedən zaman qəza hadisəsi baş verib.

Faktla bağlı araşdırma aparılır.

Səid Qərib
İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 43