Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Həmsədrlər Paşinyanla görüşüb

Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) baş nazir Nikol Paşinyanla görüşüblər.

Dərc edilib: 13 iyun 2018 [13:26]
Baxış sayı: 10835

İnterpress.az xəbər verir ki, görüşdə N. Paşinyan münaqişənin sülh yolu ilə həlli prosesində vasitəçilərin rolunun vacib olduğunu vurğulayıb və effektiv əməkdaşlığa ümid etdiyini deyib.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bütün lazımi səyləri göstərəcəklərini bəyan ediblər. Tərəflər prezidentlərin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilmiş razılaşmalara əməl etməyin əhəmiyyətini vurğulayıblar. (apa)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 111