Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


FİFA dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək

FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək.

Dərc edilib: 13 iyun 2018 [13:36]
Baxış sayı: 2522

"Report"un "The New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, bu məbləğ 2014-cü ildə Braziliyada təşkil olunmuş mundialın qazancından 1,3 milyard dollar çoxdur.

Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin, FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək.

Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi sayəsində mümkün olub. Dünya çempionatına sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 335