FİFA müsəlmanları təhqir etdi – Kəlmeyi-şəhadətə təpik atacaqlar – FOTObackend

FİFA müsəlmanları təhqir etdi – Kəlmeyi-şəhadətə təpik atacaqlar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA Dünya çempionatı ərəfəsində müsəlmanları təhqir edib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanının milli yığmasının Dünya kubokunda iştirak edəcəyi üçün FİFA tərəfindən qeyri-adi addım atılıb. Belə ki, Dünya çempionatında iştirak etdiyinə görə, Səudiyyə Ərəbistanının üzərində İslam dininin \”kəlmeyi-şəhadət\”i yazılan bayrağı çempionatlıqda oynanılan topların üzərinə həkk olunub.

Bu da inanclı azarkeşlər arasında birmənalı qarşılanmayıb.

FİFA rəsmilərinin açıqlamasına görə, dünya kuboku üzrə başlanılan yarışlarda stadiona atılan topların üzərində çempionatlıqda oynayan bütün milli yığmaların dövlət bayraqları əks olunub. Ona görə də, FİFA bunu təhqir hesab etməyib.

Bununla yanaşı, FİFA inanclı insanları təmkinli olmağa çağırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının dövlət bayrağının üzərində \”La ilahə illəllah, Mühəmmədən Rəsulullah\” (Allahdan başqa Allah yoxdur, Mühəmməd Onun rəsuludur) sözləri yazılıb.

Xatırladaq ki, futbol üzrə XXI dünya çempionatı Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında oynanılacaq açılış matçı ilə iyunun 14-də start götürəcək.

İnterpress.az

FİFA müsəlmanları təhqir etdi - Kəlmeyi-şəhadətə təpik atacaqlar - FOTO