Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Azərbaycanlı mer həbs olundu - Gürcüstanın Baş Prokurorluğundan AÇIQLAMA

Gürcsütanın Baş Prokorluğu azərbaycanlı mer ilə bağlı açıqlama verib.

Dərc edilib: 13 iyun 2018 [14:37]
Baxış sayı: 10017

Gürcüstanın Baş Prokurorluğu Marneulinin meri Temur Abazovla bağlı açıqlama yayıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Gürcüstanın Baş Prokurorluğu azərbaycanlı merin ağır ittihamlarla cəzalandırılacağı barədə məlumat yayıb.

"Temur Abazova ən ağır cəza kəsiləcək, çünki ona qarşı çox ağır ittiham irəli sürülüb. İnsana qarşı zorakılıq və alçaltma kimi ittihamlar. O, hazırda saxlanılıb və yaxın saatlarda məhkəmə qərarı veriləcək", - deyə Gürcüstanın Baş Prokurorluğunun açıqlamasında deyilir.

Məlumat üçün bildirək ki, baş vermiş hadisə ilə bağlı mer Temur Abazovla yanaşı Vahid Milli Hərəkat partiyasından olan millət vəkili Azər Süleymanov və Gürcü Arzüsün Marneuli bələdiyyəsi şurasındakı üzvü Ramin Allahverdiyevlə bağlı da cinayət işi açılıb.

Qeyd edək ki, iyunun 13-də Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov saxlanılıb. Onun saxlanılmasına səbəb kimi sakinlərlə pis rəftarı göstərilir.

Səid Qərib
İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 335