Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Bayramda qarpız və şirniyyatlardan uzaqlaşın - Məşhur professordan XƏBƏRDARLIQ

Ramazan bayramı günləri şirniyyatlardan uzaq durulmalıdır.

Dərc edilib: 13 iyun 2018 [15:43]
Baxış sayı: 11488

İnterpress.az xəbər verir ki, daxili Xəstəliklər üzrə mütəxəssis, kardioloq və professor Canan Karatay xəbərdarlıqlar edib.

C.Karatayın sözlərinə görə, bütün qənnadı məhsullarının tərkibi qlükoza və fruktoza ilə zəngin olduğu üçün menyudan çıxartmaq və ya çox az yemək lazımdır:

"Qarğıdalı siropu (qlükoza və fruktoza qarışığı) ağ şəkərdən 10 qat daha zərərlidir. Hüceyrələri pozur və qaraciyərə zərər verir. Qarğıdalı siropu şəkərdən daha çox təhlükəli maddədir”.

Karatay bayramda belə məhsulların əvəzinə fındıq, fıstıq kimi çərəzlər yeməyi məsləhət görüb.

Məşhur professor ən sağlam meyvənin qurdlu alma və zeytun olduğunu dilə gətirib.

Canan Karatay açıqlamasında qarpızın zərərlərindən də danışıb:

"Mən qarpız pəhrizi filan tanımıram. Qarpız, qovun triqliserid dediyimiz təhlükəli yağları, habelə qanda urik turşusunu yüksəldir. Qovun və qarpız maye şəkərdir. Şəkər və ya podaqra xəstəliyiniz varsa, vəziyyəti daha da şiddətlənir və qaraciyərinizdə, qarnınızda, buxağınızda, bir sözlə bədəninizdə yağlanma artır”. (medicina.az)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 111