Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa…Prolaktin analizi verinbackend

Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa…Prolaktin analizi verin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi dildə hiperprolaktinemiya adlanır. Prolaktin süd əmələ gəlməni təmin edərək, hamiləlik və süd vermə zamanı artaraq süd vəzlərindən südün ifraz olunmasını gerçəkləşdirir.

İnterpress.az xəbər verir ki, Medicina.az-a açıqlama verən endokrinoloq Nadirə Ağazadənin sözlərinə görə, prolaktin həm hər hansı bir xəstəlik nəticəsində, həm də xəstəlik olmayan hallarda arta bilər:

\”Prolaktin hormonu fizioloji olaraq, yəni heç bir xəstəlik olmadan – hamiləlik, süd vermə zamanı, yuxu, yüksək proteinli qidalar qəbul edildikdə, stress, idman, məmə ucu stimulyasiyası zamanı artır. Yuxarıda sadaladığımız hallarda prolaktin yüksəkliyi normal sayılır və heç bir müalicə tələb etmir. Patoloji hallarda isə ən çox – müəyyən qrup dərman preparatlarinin qəbulu – Tiroid vəzinin yetməzliyi (hipotireoz) – Prolaktinomalar zamanı prolaktin yüksəkliyi görülür”.
Endokrinoloq, prolaktin yüksəkliyi zamanı meydana gələn şikayətlərdən də danışıb.

\”Amenoreya (aybaşı tsiklinin olmaması) və ya pozulmalar – Qalaktoreya (süd vəzilərindən süd gəlmə), sonsuzluq, çəkinin artması, tüklənmə, cinsi həvəsin azalması, vaginal quruluq, baş ağrıları, görmə sahəsi defektləri – Osteopeniya, osteoparoz yarana bilər”, – deyə Ağazadə qeyd edib.
Mütəxəssis, bu kimi şikayətləri olan xəstələrin qan analizi verərək prolaktin hormonunu yoxlatmalı olduğunu bildirib.

İnterpress.az