Muraddan Mətanətin şok ittihamlarına cavab - VİDEO » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Maqazin   Video  

Muraddan Mətanətin şok ittihamlarına cavab - VİDEO

Aparıcı Mətanət Əliverdiyevanın “Maşın” şou ilə bağlı ittihamları səs-küyə səbəb olub.

Dərc edilib: 13 iyun 2018 [16:24]
Baxış sayı: 11162

Axşam.az-ın məlumatına görə, aparıcının öz çalışdığı kanalda yayımlanan bir şounu saxtakarlıqda ittiham etməsi hər kəsi şok edib. Xalq artisti, şounun layihə rəhbəri və aparıcısı M.Dadaşov veriliş zamanı üstüörtülü məsələyə aydınlıq gətirib:

“Maşın” haqqında orada-burada çoxlu söz-söhbətlər dolaşır. Bu illər ərzində “Maşın”ın bir vacib cəhəti var ki, oyun həqiqətən də ədalətlidir. Əgər oyun ədalətli olmasaydı, 16 sürət və hər sürətdə 18 nəfər iştirakçı toplanmazdı. Özü də onların hər biri həyatda uğur qazanmış və özünə hörmət edən tanınmış simalardır. Oyun ədalətsiz getsəydi, hər hansı pozuntular baş versəydi, heç kim ikinci dəfə buraya gəlməzdi. Heç kim oyunu özündən artıq hesab etmir. Murad Dadaşovun hörməti və dəvəti öz yerindədir. Amma heç kim Murad Dadaşovu belə özündən artıq hesab etmir. Hamı özünə arxayındır”.

Qeyd edək ki, Mətanət “Maşın”da aparıcı Aytən Əliverdiyeva ilə səsverməyə çıxmışdı. Nəticədə isə Əliverdiyeva getsinə çox səs toplayıb və özü şoudan uzaqlaşmışdı. “10-dan sonra” verilişinə qonaq olan zaman isə aparıcı “SMS-lər düzgün hesablanmır” açıqlamasını vermişdi. Aparıcı Yusif Ağayev isə Mətanətə gözünü ağardaraq açıqlamanı yarımçıq kəsmişdi. Daha sonra ATV “Youtube” kanalına yüklənən videoda həmin görüntüləri silsə də, sosial şəbəkədə video artıq yayılmışdı.

İnterpress.az











Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 43