Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Diaspor Gənclərinin I Yay Düşərgəsi keçiriləcək

Diaspor komitəsi gənc diaspor liderlərini düşərgəyə dəvət edir.

Dərc edilib: 13 iyun 2018 [16:48]
Baxış sayı: 12578

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) xaricdə yaşayan gənc diaspor nümayəndələrini “Diaspor Gənclərinin I Yay Düşərgəsi”nə dəvət edir.

DİDK-dən İnterpress.az-a verilən məlumata görə, “Diaspor Gənclərinin I Yay Düşərgəsi”ndə iştirak etmək istəyənlər üçün xüsusi meyarlar nəzərdə tutulub.

Belə ki, 15-20 avqust 2018-ci il tarixində təşkil ediləcək düşərgənin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi münasibəti ilə dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir.

İştirakçı seçimi meyarları aşağıdakılardan ibarətdir:

· 18-29 yaş qrupunda olmalı;
· Azərbaycan dilində ünsiyyət bacarığı;
· Diaspor nümayəndəsi və ya diaspor təşkilatının üzvü olmalı;
· Düşərgə müddətində tam davamiyyətə məsul olmalıdır.

İş qaydası: Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar keçiriləcək. Düşərgədə tam iştirak edən iştirakçılar diplomla təltif olunacaqlar.

Xərclər: Diaspor Gənclərinin I Yay Düşərgəsi ödənişsizdir. İştirakçıların bütün xərcləri (yol xərcləri, viza, yaşayış, yemək, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.

Müraciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 30 iyun, 2018-ci ilə qədər http://www.diaspora.gov.az/qeydiyyat/ link vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.

· Ərizə forması
· Dəstək məktubu (Üzvü olduğu diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik/konsulluq) və bu və ya digər formada Azərbaycan Respublikası ilə hüquqi bağlılığı olan təşkilatlardan)
· Pasportun surəti

Qeyd edək ki, Diaspor Gənclərinin I Yay Düşərgəsinə seçilən namizədlərlə 15 iyul 2018-ci il tarixinə qədər əlaqə saxlanılacaq və video görüntülü müsahibəyə dəvət ediləcək.

İnterpress.az






Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 50