Seyran Ohanyan istintaqa cəlb edilibbackend

Seyran Ohanyan istintaqa cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Report”a istinadən xəbər verir ki, məlumatı komitənin mətbuat xidməti yayıb.

Bildirilib ki, S.Ohanyan 2014-2017-ci illərdə dövlət sifarişləri və hərbi obyektlərin tikilməsi sahəsində baş verən qanun pozuntularına görə istintaqa cəlb edilib.

Məlumata görə, Ermənistan ordusunun istehsalat-texniki idarəsinin keçmiş bölmə rəisi Qriqori Barseqyan iri məbləğdə dələduzluq, xidməti vəzifədən sui-istifadə, saxta sənəd hazırlamaq və rüşvətxorluqda ittiham olunaraq həbs edilib. Həmin idarənin sabiq rəisi Aşot Qriqoryana qarşı da oxşar ittihamlar irəli sürülüb.

Onlar cinayəti törədən illərdə S.Ohanyan müdafiə naziri işləyib. Orduda törədilən qanun pozuntularına görə, keçmiş müdafiən naziri ilə yanaşı, baqşa sabiq məmurlar və hazırda orduda xidmət edən şəxslər də istintaqa cəlb ediliblər.

Qeyd edək ki, Seyran Ohanyan 2008-ci il aprelin 14-dən 2016-cı il oktyabrın 3-dək Ermənistanın müdafiə naziri olub.

İnterpress.az