Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Polis rəisinə etiraz edən 3 nəfər ağzını tikib

Gürcüstanda polis rəisi və müavininin istefasını tələb edən 3 nəfər ağzını tikib.

Dərc edilib: 13 iyun 2018 [17:37]
Baxış sayı: 11453

Gürcüstanın İmereti bölgəsinin Çiaturi şəhərinin 3 sakini yerli polis idarəsinin rəisi Laşi Çxituridze və onun müavini Mixail Qiqaurinin istefası tələbi ilə ağızlarını tikərək 9 gündür aclıq edirlər.

İnterpress.az xəbər verir ki, bu məlumatı “Rustavi2” telekanalı yayıb.

Pyotr İvanov, Levan Masxaraşvili və Beka Çimburidze aksiyanı polis idarəsinin binası qarşısında keçirirlər. Etirazçılar bildirir ki, bu il mayın 26-da polis rəisi müavininin iştirakı ilə onların dostlarını qanunsuz olaraq güc tətbiq etməklə saxlayıb. Bir müddət sonra saxlanılanların bir hissəsini cərimələyərək buraxıblar. Bir nəfəri isə həbs ediblər.

“Şəhərdə belə hadisənin bir daha baş verməməsi üçün bu iki nəfərin istefa verməsini, saxlanılanın sərbəst buraxılmasını tələb edirik”, - deyə aclıq edənlərdən biri B.Çimburidze bildirib.

Məsələ ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, həmin tarixdə 7 nəfərlə xidməti vəzifəsini icra edən polislər arasında dava olub. Onlardan biri - əvvəllər qətlə cəhddə və başqa cinayət əməllərinə görə dəfələrlə mühakimə olunmuş 30 yaşlı şəxs polisə müqavimət göstərib. Sonra isə Qiqaurinni üzünə zərbə vurub. Həmin şəxsə qarşı “ictimai asayişi qoruyanlara və ya hakimiyyətin başqa təmsilçisinə müqavimət, hədələmə, yaxud güc tətbiq etmə” ittihamları ilə cinayət işi başlayıb. Əməlləri sübut edilərsə, o, 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər.

Nazirlik bildirib ki, davanın başqa iştirakçıları isə 41 dollar və 122 dollar məbləğində cərimələnərək sərbəst buraxılıblar.

Məsələ ilə bağlı Qərbi Gürcüstan prokurorluğu artıq istintaqa başlayıb.(“Report”)

İnterpress.az






Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 50