DÇ-2026-nın keçiriləcəyi ölkələr bəlli oldubackend

DÇ-2026-nın keçiriləcəyi ölkələr bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın paytaxtı Moskvada keçirilən FIFA-nın 68-ci konqresində qərar verilib.

2026-cı ildə keçiriləcək dünya çempionatında ilk dəfə olaraq 48 komanda yarışacaq.

İlk olaraq turnirin keçirilməsi üçün altı ərizə təqdim olunmuşdu. Sonda bu müraciətlərdən yalnız ikisi mübarizə aparıb: Mərakeş və ABŞ-ın, Kanada və Meksikanın birgə müraciətlərinə baxılıb.

ABŞ dünya çempionatına 1994-cü ildə, Meksika isə 1970 və 1986-cı ildə ev sahibliyi edib.

İnterpress.az