Azərbaycanlı biznesmen nazir müavinini tutdurdubackend

Azərbaycanlı biznesmen nazir müavinini tutdurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Beysen azərbaycanlı biznesmen Razim İsayevdən 100 min dollar rüşvət almaqda ittiham edilir.

Məlumata görə, hadisə 2014-cü ildə baş verib. Səhiyyə nazirliyində dərman preparatlarının satışına icazə üçün səlahiyyətli olan Beysenə “Keşeli” şirkəti müraciət edib. Şirkət Qazaxıstan bazarında skelerozun müalicəsi üçün nəzərdə tutulan “tizabri” (tysabri) pereparatının satışı üçün lisenziya almaq istəyib.

Beysen isə bunun üçün qarşı tərəfdən 100 min dollar rüşvət istəyib. Pul Beysene çatdırılıb. Amma üstündən 4 il keçəndən sonra İsayev antikorrupsiya bürosuna müraciət edərək ondan 100 min rüşvət alındığını bildirib. Söhbət ondan gedir ki, Beysen vəzifəsindən gedəndən sonra adıgedən dərmanın satışına lisenziya ləğv edlib. Beysen isə o vaxt İsayevə söz veribmiş ki, lisenziyanın vaxtı məhdudsuzdur. Hazırda ev dustağı olan Beysenin yaxın günlərdə məhkəməsi olacaq. Yerli qanunvericiliyə görə, onu 15 ilədək həbs gözləyir. (musavat)

İnterpress.az