Yasamal Telefon Qovşağında işçilər qiyama qalxdı – FOTObackend

Yasamal Telefon Qovşağında işçilər qiyama qalxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, işdən çıxarılan 45 qadın işçi aldadıldığını bildirir. Onlar pozulmuş hüquqlarının bərpasını tələb etsələr də qurum tərəfindən buna heç bir reaksiya verilmir.

İşdən çıxarılanlar Həsənova Kəmalə deyir ki, rəhbərlik onları işlə təmin edəcəkləri barədə söz versə də, sonradan sözünün üstündə durmayıb: “Bizi işlə təmin edəcəkləri barədə söz verib işdən çıxardılar. Bizə dedilər ki, sakit olun, heç bir yerə səs salmayın sizi başqa işlə təmin edəcəyik”.

Fətullayeva Zülfiyyə Əli qızı isə ölkədə işsizlik dərəcəsinin azaldığı bir dönəmdə onların işdən çıxarılmasına görə, ölkə Prezidentindən kömək istəyib: “Biz hamımız sonuncu seçkilərdə də Cənab Prezidentimizə səs verdik. Ölkədə işsizlik azalıb deyirlər. Amma hazırda qəflətən 45 nəfər işçini vəzifəsindən azad edirlər. Burda elə xanımlar var ki, 5 nəfərlik ailəni dolandırır. Aramızda kirayədə qalan var, evində xəstə olanı var. Bunların hamısını nəzərə almaq lazımdır”.

“Bizə dedilər ki, 109 məlumat xidməti ixtisara düşür və iş bağlanır, ona görə də siz artıq işləmirsiniz. Amma bununla yanaşı yeni məlumat xidməti yaradılır ki, sizin hamınızı orda işlə təmin edəcəyik. Bizə 9 həftə vaxt verdilər ki, özünüz üçün iş tapın. Bizdən iş gözləməyin. Dedilər ki, saat 09:00-dan 18:00-a qədər gəlib burda oturacaqsınız və maaşlarınızı alacaqsınız. Əgər bura imza atmırsınızsa. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən və Bakı Telefon Rabitəsindən bir dəfə gəlib bizim şikayətimizi rosuşmadılar ki, sizin axı probleminiz nədir? Bizi aldatdılar ki, hər şey yoluna düşəcək narahat olmayın. Seçkiqabağı bizi aldatdılar. İndi hər gün səhər saat 9-da gəlirik bura, axşam 6-da gedirik evə. Gəlib boş-boşuna otururuq burda. Otaqlardan bütün texniki avadanlıqları götürüb aparıblar. Otaqları bağlayıblar. Hər gün sakitcə oturub gedirik. Dərdimizi kimə deyək bilmirik. 50-54 yaşımız var biz bundan sonra gedib harda işləyəcəyik? Bizi heç kim də qəbul etmir. Hansı məmurun qəbuluna getmək istəyirik bizi qovurlar.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən də, Bakı Telefon Rabitəsi MMC-dən də qovublar bizi. Bu, necə ölkədir ki, Prezidentin qəbuluna düşmək olur, amma Bakı Telefon Rabitəsinin müdirinin qəbuluna düşmək olmur”, – deyə işdən çıxarılan xanımlar vurğulayıb.

İnterpress.az

Yasamal Telefon Qovşağında işçilər qiyama qalxdı - FOTO

Yasamal Telefon Qovşağında işçilər qiyama qalxdı - FOTO

Yasamal Telefon Qovşağında işçilər qiyama qalxdı - FOTO

Yasamal Telefon Qovşağında işçilər qiyama qalxdı - FOTO