Azərbaycanda son 4 ay ərzində 4868 boşanma halı qeydə alınıbbackend

Azərbaycanda son 4 ay ərzində 4868 boşanma halı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-aprel aylarında ölkədə 20406 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5-dən 6,3-ə qədər azalıb.

Bu barədə İnterpress.az-a Dövlət Statistika Komitəsindən məlumata verilib.

2018-ci ilin ilk dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17715 nikah və 4868 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1310 nəfər Azərbaycana gələn, 426 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 884 nəfər təşkil edib.

İnterpress.az