Silvestr Stallone zorlamada ittiham edilir — Hollivud şokdabackend

Silvestr Stallone zorlamada ittiham edilir — Hollivud şokda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Hollivud ulduzu zorlamada ittiham edilib.

Ötən ilin noyabr ayında “Daily Mail” qəzeti material dərc etmişdi. Materiala əsasən, Silvestr 1986-cı ildə 16 yaşlı qızı zorlayıb.
Hadisə Las-Veqas şəhərində baş verib. Zərərçəkənin sözlərinə əsasən, aktyor onu “Hilton” otelindəki nömrəsinə dəvət edib. Sonra isə özü və mühafizəçisi ilə sekslə məşğul olmağa məcbur edib. Stallonenin nümayəndəsi Mişel Beqa isə ittihamları yalan adlandırıb. Silvestr özü də bu ittihamları rədd edir.

Bir ay sonra isə Santa-Monika polisi istintaqa başlayıb və başqa zərərçəkən olduğunu da üzə çıxarıb. Adı çəkilməyən qadının iddiasına görə, 1990-cı illərdə aktyor öz ofisində onu zorlayıb.

İnterpress.az