DİN-dən jurnalisti təhqir edən generalla bağlı açıqlama: “Özünüz də bilirsiz ki…”backend

DİN-dən jurnalisti təhqir edən generalla bağlı açıqlama: “Özünüz də bilirsiz ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə adıçəkilən polis general-mayorunun təqüdə göndərildiyini bildirib:

\”Keçmiş Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi 2 il öncə vəzifəsindən kənarlaşdırıb. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Ərziman Əliyev artıq pensionerdir. Özünüz də bilirsiz ki, neçə-neçə şəxslər Daxili İşlər orqanlarından təqüdə göndərilir. Pensiya müddətində isə o, adi şəxsdir. Ona görə də Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır. İstənilən halda jurnalistlə bu cür rəftar xoşagələn hal deyil\”.

İnterpress.az