Bu adları körpələrə qoymağa icazə verildi – İqlimə, İstəmi…backend

Bu adları körpələrə qoymağa icazə verildi – İqlimə, İstəmi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeni doğulan körpələr üçün nəzərdə tutulan maraqlı adların siyahısı açıqlanıb.

İnterpress.az xəbər verir ki, sözügedən siyahıdakı adların arasında İbniamin, İfaq, İgidəli, İqamət, İqdam, İkahəddin, İlarslan, İlbaşı kimi kişi, İfaqət, İfayə, İffətli, İfrat, İqlimə, İlafət kimi qadın adları diqqət çəkib.

Bundan əlavə, İldar, İldəniz, İlgiz, İlgün, İlkinər, İlig, İlnamə, İlzər, İmad, İmamir kimi kişi, İlfirə, İlkün, İmmi, İnab, İnsanət, İrangül kimi qadın adları da körpələrə qoyula bilər.

Adlar siyahısında növbəti qadınl adları arasında İmar, İmrə, İmrən, İmriz, İmruz, İnad, İnal, İnalşad, İnar, İnfil, İnşad, İrad, İşxan, İstəm, İstəmi kimi kişi, İsparə, İsmira, İşarə, İşvəkar kimi adların da qeyd olunması maraqla qarşılanıb.

İnterpress.az