Hüseynlə Roza bir-birinə dəydi – Maşın şouda qarşıdurma – QALİB MÜƏYYƏNLƏŞDİ – VİDEObackend

Hüseynlə Roza bir-birinə dəydi – Maşın şouda qarşıdurma – QALİB MÜƏYYƏNLƏŞDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Maşın” şounun final mərhələsində müğənni Roza Zərgərli ilə bloger Hüseyn Əzizoğlu arasında qarşıdurma yaranıb.

İnterpress.az xəbər verir ki, blogerin müğənnini qıcıqlanıran davranışalr etməsi Roza Zərgərlini özündən çıxarıb. Əsəblərinə hakim ola bilməyən R.Zərgərli maşının üzərindəki meyvələrdən götürüb H.Əzizoğlunun baş nahiyəsinə atmağa başlayıb.

Mübahisə zaman hər iki iştirakçı oyun başladığı gündən son günə qədər irəli sürdükləri hiylələrinin üstünü açmağa başlayıblar.

Məlumata görə, artıq \”Maşın realiti şou\”su sona çatıb və qalib müəyyən olunub.

Verilişin aparıcısı, xalq artisti Murad Dadaşov qalibin adının rəsmi olaraq sabah açıqlanacağını bildirib.

Qeyd edək ki, finala reper Uran, bloqqer Hüseyn Əzizoğlu və müğənni Roza Zərgərli qalmışdı. Ötən gün səhhəti imkan vermədiyini düşünən Uran maşından əlini götürərək oyunu tərk edib.

Xatırladaq ki, mayın 29-dan yayımlanan \”Maşın\” realiti-şousu sabah konsert proqramı ilə başa çatacaq və qalibə maşının açarları təqdim olunacaq.

İnterpress.az