Gürcüstan Azərbaycandan yanacaq idxalını azaldıbbackend

Gürcüstan Azərbaycandan yanacaq idxalını azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla verdiyi xəbərə görə, bu həcm aprel ayı ilə müqayisədə 5 min ton azdır.

May ayında qonşu ölkənin idxal etdiyi benzin və dizel yanacağının 15,9%-i Azərbaycanın payına düşüb.

Ötən ay Gürcüstan ümumilikdə 101,1 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da aprel ayı ilə müqayisədə 12,8 min ton çoxdur. İdxal olunmuş neft məhsullarının 43,1 min tonu benzin, 57 min tonu isə dizel yanacağı olub.

May ayında Gürcüstan Azərbaycanla yanaşı, ən çox Rumıniya (27,3 min ton), Rusiya (25,8 min ton), Türkmənistan (19 min ton), Yunanıstan (6,1 min ton) və Bolqarıstandan (5,9 min ton) neft məhsulları idxal edib.

İnterpress.az