Bakı rayonlarının icra başçılarına sərt XƏBƏRDARLIQbackend

Bakı rayonlarının icra başçılarına sərt XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iclasda icra başçılarına yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması və sair məsələlərlə bağlı konkret tapşırıqlar verilib.

Bakının bir neçə rayon icra başçılarının işində nöqsanlar olduğu diqqətə çatdırılıb. İnsanlar tərəfindən narazılıqların olduğuna görə yaxın zamanlarda həmin icra başçıların işdən azad olunacağı xəbərdarlığı edilib.

Şikayətlər əsasən Suraxanı, Sabunçu, Xətai, Qaradağ rayonlarında olan narazılıqlarla bağlıdır. Bununla belə paytaxtın digər rayonlarının icra başçılarına da xəbərdarlıq edilib.

Gözlənilən odur ki, təmsil etdiyi bölgədə vəzifələrindən sui-istifadə edən, sakinlərin problemləri ilə maraqlanamayan icra başçıları tutduqları vəzifədən azad ediləcək.

İnterpress.az