Məmmədyarov bu dəfə Karyakinə uduzdubackend

Məmmədyarov bu dəfə Karyakinə uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışda blits növünə start verilib.

Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov ilk 9 turda qələbəyə həsrət qalıb. Vişvanatan Anand (Hindistan), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa) və Fabiano Karuana (ABŞ) ilə heç-heçə edən qrossmeysterimiz Levon Aronyan (Ermənistan), Aniş Qiri (Hollandiya), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ) və Sergey Karyakinə (Rusiya) məğlub olub.

Nəticədə xal ehtiyatını 12-yə çatdıran həmyerlimiz turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Bu növdə II dövrənin qarşılaşmaları bu gün olacaq.

Qeyd edək ki, Məmmədyarov 12 xaldan 8-ni rapid növündə toplayıb və bu mübarizədə 6-cı olub.

İnterpress.az