ABŞ dünya çempionatına gedən vətəndaşlarına xəbərdarlıq etdi — TERROR TƏHLÜKƏSİbackend

ABŞ dünya çempionatına gedən vətəndaşlarına xəbərdarlıq etdi — TERROR TƏHLÜKƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla əlaqədar yayımlanan bəyanatda bu səviyyədə beynəlxalq tədbirlərin terrorçular üçün cəlbedici hədəf olduğu bildirilib:

“Dünya çempionatı zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, terrorçular stadion, fan-zona, vağzal və digər ictimai yerlərə hücumlar təşkil edə bilərlər”.
Bundan əlavə, ABŞ vətəndaşlarının Rusiyada hüquq-mühafizə orqanları və digər vəzifəli şəxslər tərəfindən kələk və şantaja məruz qala biləcəkləri ehtimalının olduğu da xatırladılıb.

Qeyd edək ki, ABŞ millisi 14 iyun – 15 iyulda Rusiyada təşkil ediləcək dünya çempionatına vəsiqə qazanmayıb. Lakin əcnəbilər arasında mundila ən çox, yəni 86 min bileti məhz ABŞ vətəndaşları alıblar.(“Report”)

İnterpress.az