İlyas Yalçıntaşın Bakı konserti fiaskoya uğradı – qadın attraksiona çıxdıbackend

İlyas Yalçıntaşın Bakı konserti fiaskoya uğradı – qadın attraksiona çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konsertin aşağı səviyyədə olması məkana daxil olan andan hiss olunub. VİP adlandırılan yer səhnədən o qədər uzaqda yerləşirdi ki, orada ifa edən sənətçini görmək demək olar ki, qeyri -mümkündür. Yer üstündə yaşanan münaqişələri isə saymaqla bitmir. Media üçün ayrılan yerdə mühafizələrin mini ətəkdə olan xanımları əyləşdirməsi isə təşkilatçılığın \”yüksək\” səviyyəsinin bariz nümunəsi idi.

Bilet alan xanımlardan biri etiraz olaraq uşaqlar üçün olan atraksionun üzərinə çıxıb. Mühafizənin müdaxiləsinə baxmayaraq sözügedən xanımı uzun müddət oradan endirmək mümkün olmayıb.

Bilet alan insanların tam yarısı isə məkanda yer olmadığı üçün içəri buraxılmayəb. Qadınlardan bii deyib ki, 11 bilet alıb, amma içəri buralmır.

Hətta konsertdə səhnəyə çıxmalı olan rəqqasə Zarina və köməkçisi belə sənətçilər üçün xüsusi ayrılmış yerə buraxılmayıb.

Bu da hələ son deyil. Necə olursa üzərində möhür olan biletlər də saxtalaşdırılıb. (musavat)

İnterpress.az