Futbol “şou”su bu gün daha 3 oyunla davam edəcəkbackend

Futbol “şou”su bu gün daha 3 oyunla davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, əvvəlcə “E” qrupunda yer alan komandalar – Kosta-Rika və Serbiya, Braziliya və İsveçrə üz-üzə gələcəklər. Günün son matçında isə “F” qrupunun favoriti Almaniya yığması Meksika ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 16:00-da başlayacaq Kosta-Rika – Serbiya görüşü “Samara Arena”da oynanılacaq. Bu komandalar dünya çempionatlarında ilk dəfə qarşılaşırlar. Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).

Günün ikinci oyunu saat 19:00-da Moskvadakı “Lujniki” stadionunda “F” qrupunun favoriti, dördqat dünya çempionu Almaniya millisi ilə Meksika yığması arasında keçiriləcək. Bu, komandaların dünya çempionatları çərçivəsində ikinci qarşılaşmasıdır. İyirmi il əvvəl – 1998-ci ildə səkkizdəbir final mərhələsindəki birinci oyunda Almaniya millisi meksikalılara 2:1 hesabı ilə qalib gəlmişdi.

Almaniya komandası dörd dəfə – 1954-cü, 1974-cü, 1990-cı və 2014-ci illərdə dünya çempionu adını qazanıb. 1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.

İnterpress.az