Yol polisindən alqışlanası addım — Azyaşlı qızı təhlükədən xilas etdibackend

Yol polisindən alqışlanası addım — Azyaşlı qızı təhlükədən xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Videonu jurnalist Aqşin Kamal Yayıb. Nərimanov rayonunda Xarici Dillər Universitetinin qarşısındakı yolda çəkilmiş videoda yol polisinin yolu keçmək istəyən azyaşlı qıza kömək etdiyi görünür. Belə ki, 99 YP 379 dövlət nömrə nişanlı polis maşınında xidmət aparan polis əməkdaşı ərazidə müşahidə apararkən bir qızcığazın yolu keçmək istədiyini görüb və avtomobili saxlayıb. Polis maşından düşərək qızın əlindən tutub və qarşı yola keçirib. Daha sonra isə qayıdaraq avtomobilə əyləşib və yoluna davam edib.

Həmin görüntüləri təqdim edirik. ( olke.az )

İnterpress.az