“Qarabağ” “Çezena”nın yarımmüdafiəçisi ilə maraqlanırbackend

“Qarabağ” “Çezena”nın yarımmüdafiəçisi ilə maraqlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən “Çezena”nın yarımmüdafiəçisi Kərim Laribini transfer etmək istəyir.

Hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, 27 yaşlı sol cinah yarımmüdafiəçisi 2016-cı ildə “Sassuolo”dan “Çezena”ya icarə verilmişdi. Ötən il isə o, birdəfəlik “Çezena”ya transfer olub.

İtaliyanın “İnter” klubunun yetirməsi olan Laribi, gənc yaşlarında “Fulhem” və “Palermo”da da çıxış edib.

Laribi İtaliyanın U-20 və U-21 millilərində çıxış etsə də, 2017-ci ildə Tunis millisində dəvət alıb və 1 oyun keçirib.

İnterpress.az