Hacıqabulda yol qəzasında sürücü ölüb, 3 yaşlı övladı xəsarət alıbbackend

Hacıqabulda yol qəzasında sürücü ölüb, 3 yaşlı övladı xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

“Tofaş” markalı \”10 CC 011\” dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 3 yaşlı uşağı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az