Azərbaycanlılara qarşı qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdibackend

Azərbaycanlılara qarşı qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaqarşapat şəhər meri Karen Qriqoryan özü Facebook sosial şəbəkəsindəki səhifəsində bu haqda yazıb: \”Mən – Karen Qriqoryan, öz xahişimlə istefa verirəm\”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryanı ötən gün saxlayıb.

Bu hadisə ilə əlaqədar iki cinayət işi çərçivəsində eyni zamanda axtarışlar aparılıb, nəticədə xeyli sayda qanunsuz saxlanılan silah-sursat tapılıb.
\”Erkrapa\” kümüllü veteranlar ittifaqının sədri, general-deputat Manvel Qriqoryan digər şəxslərlə əvvəlcədən əlbir olaraq, qanunsuz silah-sursat əldə edib və saxlayıb. Axtarış işləri çərçivəsində, generala məxsus bağ evində, digər yerlərdə xeyli sayda silah-sursat tapılıb. Manvel Qriqoryan Konstitusiyanın 96-cü maddəsinə uyğun olaraq, ölkə prezidentinə deputatın saxlanıldığı barədə dərhal məlumat verilib.

Son günlər onun oğlunun mer vəzifəsindən getməsi tələb olunsa da, ata-bala buna dirəniş göstərirdi.

General Manvel Qriqoryan Ermənistanda həddən artıq nüfuzlu şəxs sayılır. O, Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşüb. Qriqoryan xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib. (modern.az)

İnterpress.az