Rusiyanın raket gəmiləri Aralıq dənizinə daxil olubbackend

Rusiyanın raket gəmiləri Aralıq dənizinə daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda “RİA Novosti” Rusiyanın Qara dəniz hərbi dəniz donanmasının informasiya təminatı şöbəsinə istinadən məlumat yayıb.

Hərbi gəmilərin Aralıq dənizinin hövzəsinə daxil olması planlı olub. Raket gəmiləri uzaq dəniz zonasında olan Rusiya hərbi dəniz qüvvələrinə qoşulacaq.

Hazırda Aralıq dənizində Rusiyaya aid 15 döyüş və maddi texniki təchizat gəmisi üzür. Onların arasında qanadlı “Kalibr” raketləri ilə təchiz olunmuş “Admiral Qriqoroviç” freqatı da var.

İnterpress.az