“Sərdar Cəlaloğlu tamamilə başını itirib” — Arif Rəhimzadədən ADP sədrinə SƏRT REAKSİYAbackend

“Sərdar Cəlaloğlu tamamilə başını itirib” — Arif Rəhimzadədən ADP sədrinə SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Komitə sədri \”Ölkə.Az\”a açıqlamasında bildirib ki, bu cür düşünənlər müstəqil Azərbaycan dövlətçiliyini istəmirlər:

\”Mən onun bu cür çıxışları ilə hələ tanış deyiləm. Əgər Sərdar Cəlaloğlu doğrudan da belə fikirlər səsləndiribsə, o çox böyük səhv edir. Görünür ki, o, tamamilə başını itirib\”.
A.Rəhimzadə deyib ki, Azərbaycan dövlətinin müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin böyük rolu var:

\”Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bəlkə də müstəqilliyimizi qoruyub saxlaya bilməzdik. Çünki yeni müstəqillik qazanan dövrdə Azərbaycanda vəziyyət qeyri-sabit idi, müstəqilliyimizə qarşı ciddi təhlükələr var idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşdüyü böhrandan xilas etdi\”.

İnterpress.az