Şamaxıda icra başçısı xadimə ilə intriqaya girdi – Məktəbdə nə baş verir?backend

Şamaxıda icra başçısı xadimə ilə intriqaya girdi – Məktəbdə nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayon 3 nömrəli tam orta məktəbin xadiməçisi Əliyeva Gülmirə rayon icra başçısının qəzəbinə tuş gəlib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Böyük Xınıslı kəndinin yollarından və digər kommunlar problemlərdən şikayətlənən kənd sakinləri problemlərini bölüşmək üçün Şamaxı Rayon İcra Hakimiyyətinə üz tutublar. Amma onların çağırılmamış qonaq kimi İcra Hakimiyyətinə təşrif buyurmaları rayon meri Asif Ağayevin qəzəbinə tuş gəlib. Bundan qəzəblənən başçı şikayətə gələnləri cəzalandırmağı düşünüb. Elə buna görə də, o, şikayətə gələnləri icra hakimiyyətindən qovmaq üçün şəhər polislərini cəlb edib.

Bundan sonra başçının sifarişi ilə şikayətçilərin kimliyi araşdırılıb. Məlumatda deyilir ki, A.Ağayevin rayon polis şöbəsinin rəisinə verdiyi xüsusi tapşırığına görə, sözügedən şikayətçilərdən rayonda çalışanların hamısının işdən çxıarılması göstərişi verilib. Elə buna görə də, onların arasında təkcə Şamaxı rayon Böyük Xınıslı kənd sakini Əliyeva Gülmirə əməkçi olduğundan işdən çıxarılmaqla cəzalandırılıb.

Belə ki, G.Əliyeva başçı Ağayevin xüsusi tapşırığı ilə çalışdığı 3 nömrəli tam orta məktəbdəki xadimə vəzifəsindən kənarlaşdırılıb. Məktəb rəhbərliyi G.Əliyevanın işdən çıxarılmasını onun öz istəyi ilə baş tutduğunu bildirib. Məlumatda vurğulanır ki, sözügedən məktəbin direktoru Əliyeva Sevda icra başçısının qəbuluna gətirilib və başçı ondan xadimənin işdən çıxarılmasını tələb edib. “Ya sən direktor vəzifəsinən kənarlaşdırılacaqsan, ya da xadimə” – deyə, icra başçısı Asif Ağayev məktəb direktoru Sevda Əliyevanın qarşısına şərt qoyub.

Məsələ haqqında İnterpress.az-ın əməkdaşına danışan G.Əliyeva bildirib ki, haqqının tapdalandığına görə müvafiq orqanlara şikayət edəcək. O, mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən, Vitse-Prezidetn Mehriban Xanım Əliyevadan və təhsil naziri Ceyhun Bayramovdan xahiş edib ki, sözügedən məsələ araşdırılsın.

Məlumat üçün bildirək ki, bu hadisədən sonra A.Ağayev şikayətçilərin acığını bütün kənd sakinlərindən çıxmağa başlayıb. Həmin gündən etibarən Böyük Xınıslı kənd sakinləri rayon icra başçısının göstərişi ilə təzyiqlərə məruz qalıb.

Qeyd edək ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev adı mətbuatda ən çox hallanan başçılardan biridir.

Xatırladaq ki, məktəbin direktoru Əliyeva Sevda 2011-ci ildən bu vəzifəni icra edir. O, icra başçısının rayonda ən yaxın adamlarından biri kimi tanınır.

İnterpress.az