Azərbaycanda pambıqçılar yenə kütləvi “zəhərləndi”backend

Azərbaycanda pambıqçılar yenə kütləvi “zəhərləndi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəhərlənənlərin 14 nəfərin vəziyyəti artıq yaxşıdır, onların hamısı evə buraxılıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, hadisə rayonun Səydimli kəndində Rasim Həsənova məxsus pambıq sahəsində qeydə alınıb. Təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə-müayinə işləri davam etdirilir.

Tərətr rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, zəhərlənən şəxslərdən müəyyən analizlər götürülüb: \”Analizlərin nəticələri onların qanlarında hər hansı zəhərli maddənin aşkar olmadığını göstərib\”.

İcra Hakimiyətinin başçısı həmçinin qeyd edib ki, hadisəyə səbəb sahədə istifadə olunan dərman vasitələri olmayıb:

\”Dərmanın təsiri 2 gün müddətində olur, üzərində bu barədə yazılıb. Dərman vurulandan sonra yağış yağıb. Dərman ayın 11-də vurulub, sahəyə isə onlar ayın 16-da çıxıblar. Çox guman ki, onların vəziyyəti günvurma ilə əlaqədar pisləşib\”.

Yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgəyə ezam olunub. Hadisənin baş verdiyi pambıq sahəsindən və digər sahələrdən laboratoriya üçün nümunələr götürülüb. Araşdırmalara başlanılıb.

İnterpress.az