ABŞ: Silahlılar festivalda atəş açıb – 20 nəfər yaralanıbbackend

ABŞ: Silahlılar festivalda atəş açıb – 20 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polisin bildirdiyinə görə, atəşi yerli vaxtla 03:00 (10:00 Bakı vaxtı ilə) radələrində odlu silahdan 2 kişi açıb.

Festival keçən ərazidə hadisə baş verən zaman 1000-dək adam olub.

Şübhəlilərdən biri, 33 yaşlı kişi, öldürülüb, digər şübhəli isə saxlanılıb və hazırda həbs altındadır, yerli prokuror bildirib.

Yeniyeytmə oğlan da daxil, yaralanan 4 nəfərin vəziyyəti kritikdir.

Trenton şəhərində Art All Night adlı sənət, musiqi və yemək festivalı 12-ci ildir ki, keçirilir.

Festivalın məqsədi yerli sənətçiləri maddi və mənəvi cəhətdən dəstəkləmək məqsədi daşıyır.

Festival şənbə günü günortadan başlayaraq bazar gününün günortasınadək davam etməli idi, lakin baş vermiş qanlı hadisədən sonra festival bağlanıb. (bbc)

İnterpress.az