Keçmiş Yəmən prezidentinin ölüm qabağı müraciəti yayılıb – VİDEObackend

Keçmiş Yəmən prezidentinin ölüm qabağı müraciəti yayılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, həmin videomüraciət Salehin ölümündən bir neçə saat əvvəl lentə alınıb.

Videomüraciətdə Saleh Yəmən xalqına səslənir və ölkənin paytaxtını ələ keçirən “Ənsar Allah” üsyançı hərəkatı (Husilər, red:) haqqında öz mənfi fikirlərini bölüşür.

Müraciət ərzində videoda gur atəş səslərini eşitmək olur. Saleh qızğın döyüşlərin onun evindən 150 metr aralıda getdiyini bildirir.

“Onlar Konqres partiyası rəhbərliyinin yaşadığı rayonları və evləri, mənim qohumlarımın evlərini atəşə tutur, onların axırına çıxmağa çalış”, – deyə Saleh üsyançı hərəkatı dövlət düzənini pozmaq cəhdində və ölkədə terrorçu dövlət yaratmaq planında ittiham edir.

Mənbənin sözlərinə görə, videomüraciətdən altı saat sonra (4 dekabr 2017-ci ildə) Əli Saleh öz evinin həyətində qətlə yetirilib. (oxu.az)

İnterpress.az