Dərnəgül bazarında böyük yanğın başlayıb – YENİLƏNİB – VİDEObackend

Dərnəgül bazarında böyük yanğın başlayıb – YENİLƏNİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın söndürülüb.

Bu barədə İnterpress.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

*** 10:00

Bakının Nərimanov rayonunda yerləşən “Dərnəgül bazarı” kimi tanınan tikinti materialları satıldığı bazarda yanğın baş başlayıb.

İnterpress.az xəbər verir ki, yanğın səhər saatlarında başlayıb. Yanğın nəticəsində 10-dan çox mağazanın yandığı bildirilir.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 20-yə yaxın yanğınsöndürən maşını və onlarla işçi heyyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq işlər görülür.

Qeyd edək ki, yanğının hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.

Səid Qərib
İnterpress.az