Bu gün “Qarabağ”ın Çempionlar Liqasının ilk 2 mərhələsindəki rəqibləri müəyyənləşəcəkbackend

Bu gün “Qarabağ”ın Çempionlar Liqasının ilk 2 mərhələsindəki rəqibləri müəyyənləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı \”Qarabağ\” komandası təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan \”Qarabağ\”ın potensial rəqiblərinin sayı 5-ə enib. Bunlar Makedoniyanın \”Şkendiya\”, Lüksemburqun \”Düdelanj\”, Sloveniyanın \”Olimpiya\” (Lyublyana), Litvanın \”Suduva\” və Gürcüstanın \”Torpedo\” (Kutaisi\”) komandalarıdır.

1-ci qrup

Səpələnmişlər: APOEL (Kipr), \”Qarabağ\” (AZƏRBAYCAN), \”Şerif\” (Moldova), TNS (Uels), \”Videoton\” (Macarıstan)

Səpələnməmişlər: \”Şkendiya\” (Makedoniya), \”Düdelanj\” (Lüksemburq), \”Olimpiya\” (Lyublyana, Sloveniya), \”Suduva\” (Litva), \”Torpedo\” (Kutaisi, Gürcüstan)

2-ci qrup

Səpələnmişlər: \”Ludoqorets\” (Razqrad, Bolqarıstan), \”Legiya\” (Varşava, Polşa), \”Malmö\” (İsveç), \”Rusenborq\” (Norveç), HİK (Helsinki, Finlandiya)

Səpələnməmişlər: \”Vikinqur\” (Farer adaları), \”Kruzaders\” (Şimali İrlandiya), ilkin mərhələnin qalibi, \”Kork Siti\” (İrlandiya), \”Valür\” (Reykyavik, İslandiya)

3-cü qrup

Səpələnmişlər: \”Seltik\” (Şotlandiya), \”Astana\” (Qazaxıstan), \”Srvena Zvezda\” (Serbiya), \”Hapoel\” (Beer-Şeva, İsrail), \”Kukesi\” (Albaniya), \”Zrinski\” (Bosniya və Herseqovina)

Səpələnməmişlər: \”Spartak\” (Trnava, Slovakiya), \”Valletta\” (Malta), \”Alaşkert\” (Ermənistan), \”Sutyeska\” (Monteneqro), \”Spartak\” (Yurmala, Latviya), \”Flora\” (Tallin, Estoniya)

Bu mərhələnin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.

Növbəti mərhələyə yüksələcək 16 komandaya daha 4-ü – BATE (Borisov, Belarus), \”Dinamo\” (Zaqreb, Xorvatiya), \”Midtyuland\” (Danimarka) və ÇFR (Kluj, Rumıniya) qoşulacaq. Beləliklə, II təsnifat mərhələsində 10 cüt formalaşacaq. I təsnifat mərhələsini adlayacağı təqdirdə, \”Qarabağ\” yenə səpələnmişlər səbətində yer alacaq. Oyunlar 24-25 iyulda və 31 iyul-1 avqustda keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. (report)

İnterpress.az