Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldübackend

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, Göytəpə Sərhəd Dəstəsinin əsgəri, 1999-cu il təvəllüdlü Qusar rayon sakini Həmidov Ayaz Zabil oğlu bədbəxt hadisə nəticəsində vəfat edib.

İlkin məlumata görə, əsgər xidməti vəzifəsini yerinə yetirən zaman atdan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

Əsgərin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsində müayinə edilib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

İnterpress.az