Qubada mal-qara oğrusu saxlanıldıbackend

Qubada mal-qara oğrusu saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada mal-qara oğruları saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İnterpress.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırda buynuzlu heyvanlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun həmin kənd sakini Mahir Həsənov olduğu Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb.

Belə ki, M.Həsənov 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırda buynuzlu heyvanı oğurlaması da müəyyən edilib. Dindirilmə zamanı M.Həsənov törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanları Quba rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Səid Qərib
İnterpress.az