Azərbaycanda dəhşətli qəza: deputatın bacısı oğlu öldübackend

Azərbaycanda dəhşətli qəza: deputatın bacısı oğlu öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. \”Tofaş” markalı \”10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

\”AzPolitika.info”ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.

İnterpress.az