Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Sərxoş ata 4 yaşlı oğlunu öldürüb cəsədiylə selfi çəkdi - Tükürpədici olay

Sərxoş ata azyaşlı oğlunun cəsədiylə əylənərək selfi çəkib.

Dərc edilib: 19 iyun 2018 [12:10]
Baxış sayı: 69790

26 yaşlı ata boğaraq öldürdüyü 4 yaşlı oğlunun cəsədi ilə selfi çəkib.

İnterpress.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, Balıkəsir vilayətində 26 yaşlı Hüseyin Ersezgin 4 yaşlı oğlu Efe Ersezgini parka aparıb. Daha sonra parkda oynayan oğlunu əlləri ilə boğaraq öldürüb.

H.Ersezgin oğlunun cəsədini xəstəxanaya aparıb. Həkimlər azyaşlının öldüyünü bildiriblər.

Bundan sonra polislərin müdaxiləsi ilə əsl həqiqət üzə çıxıb. Ata öz oğlunu boğduğunu etiraf edib.

H.Ersezginin mobil telefonunda isə oğlunun cəsədiylə əyləndiyi an selfi görüntüləri üzə çıxıb.

Azyaşlının anası Melis Ersezgin bildirib ki, onun əri alkoqol aludəçisi olub. Uşağı parka apararkən də spirtli içki qəbul edibmiş.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 374